Yuxarı

Azərbaycan taekvondoçuları Rusiyadan 5 medalla qayıdır

Əliəsgər Əliyev fəxri kürsünün ən yüksək pilləsinə qalxıb

Bakı. 24 sentyabr. REPORT.AZ/ Azərbaycanın taekvondo üzrə gənclərdən ibarət yığma komandası Moskvada keçirilən "Russian Open" turnirində 1 qızıl, 2 gümüş, 2 bürünc medal qazanıb. Federasiyanın mətbuat xidmətindən "Report"a verilən məlumata görə, Rusiya Taekvondo Birliyi və İdman Nazirliyi tərəfindən təşkil edilən sayca 6-cı G2 dərəcəli yarış Moskvanın “Dostluq” idman arenasında təşkil olunub. 

Mamed Abdullayevin yetirmələrindən Əliəsgər Əliyev (68 kq) finalda rusiyalı rəqibini üstələyərək, fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. 

Cavid Məmmədov (48 kq) və Mehriban Məmmədova (42 kq) gümüş, Aliyə Zeynalova (44 kq) və Leyla Məmmədova (49 kq) bürünc medala sahib çıxıb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi