​Azərbaycan taekvondoçuları Avropa çempionatında daha bir medal qazanıb

​Azərbaycan taekvondoçuları Avropa çempionatında daha bir medal qazanıb Payam Qubadi Uqaz bürünc medala sahib olub
Fərdi
22 May , 2016 17:39
​Azərbaycan taekvondoçuları Avropa çempionatında daha bir medal qazanıb

Bakı. 22 may. REPORT.AZ/ İsveçrənin Möntrö şəhərində keçirilən taekvondo üzrə Avropa çempionatını Azərbaycan milli komandası bir dəst medalla başa vurub.

"Report"un məlumatına görə, sonuncu yarış günündə Payam Qubadi Uqaz bürünc medala sahib olub.

87 kq. çəki dərəcəsində çıxış edən iranlı legioner ardıcıl olaraq, xorvatiyalı Nikola Boyonu 4:0, fransalı MBar NDiayeni 3:0, böyük britaniyalı Damon Sansumu 1:0 hesabı ilə yenərək, yarımfinala çıxıb. Finala gedən yolda Qubadi rusiyalı Vladislav Larinə 0:10 hesabı ilə uduzub və bürünc medalla kifayətlənib.

2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına lisenziyanı təmin etmiş Radik İsayev isə 87 kq-dan yuxarı çəki dərəcəsində ilk görüşdəcə gözlənilmədən ukraynalı Mixaylo Şelestə 4:5 hesabı ilə yenilərək, mübarizəni dayandırıb.

Qeyd edək ki, əvvəlki yarış günlərində Milad Beigi Harçeqani (80 kq) qızıl, Patimat Abakarova (53 kq) gümüş medal qazanıb.

Son xəbərlər

Orphus sistemi