Azərbaycan taekvondoçuları Avropa çempionatında daha 3 medal qazanıb

Azərbaycan taekvondoçuları Avropa çempionatında daha 3 medal qazanıb Fizam Mehtiyev və Ayxan Tağızadə fəxri kürsünün ilk pilləsinə yüksəlib
Fərdi
9 Fevral , 2017 12:36
Azərbaycan taekvondoçuları Avropa çempionatında daha 3 medal qazanıb

Bakı. 9 fevral. REPORT.AZ/ Azərbaycan taekvondoçuları Türkiyənin Antalya şəhərindəki klublararası Avropa çempionatında daha 3 medal qazanıb. "Report"un Azərbaycan Taekovondo Federasiyasının rəsmi saytına istinadən verdiyi məlumata görə, üçüncü yarış günündə 2 qızıl, 1 gümüş medal əldə olunub. 

"Gilan" klubunun üzvləri Fizam Mehtiyev (58 kq) və Ayxan Tağızadə (68 kq) fəxri kürsünün ən yüksək pilləsinə yüksəliblər. "Azəri" klubunun nümayəndəsi, 54 kq çəki dərəcəsində döyüşən Mikayıl Əliyev isə yalnız həlledici qarşılaşmada məğlub olaraq yarışı gümüş medalla başa vurub.

Qeyd edək ki, çempionatın ilk 2 gününda Azərbaycan idmançıları ümumilikə 6 qızıl, 7 gümüş və 9 bürünc medal qazanıblar.

Son xəbərlər

Orphus sistemi