Azərbaycan taekvondoçuları “DTF Prezident Kuboku”nda 8 medal qazanıblar

Azərbaycan taekvondoçuları “DTF Prezident Kuboku”nda 8 medal qazanıblar Son iki günündə yığma üzvləri 1 qızıl, 2 gümüş və 1 bürünc medala sahib olublar
Fərdi
1 May , 2017 15:07
Azərbaycan taekvondoçuları “DTF Prezident Kuboku”nda 8 medal qazanıblar

Bakı. 1 may. REPORT.AZ/ Yunanıstanın paytaxtı Afinada keçirilən “DTF Prezident Kuboku”nda Azərbaycan taekvondoçuları 8 medal qazanıblar. 

"Report"un məlumatına görə, yarışın son iki günündə yığma üzvləri 1 qızıl, 2 gümüş və 1 bürünc medala sahib olublar.

Qızıl medalı yeniyetmələr arasında 41 kq çəki dərəcəsində Ofeliya Allahverdiyeva əldə edib. Böyüklərdən ibarət yığmanın üzvü Qaşım Maqomedov (54 kq) və Radik İsaev (+87 kq) finalda uduzaraq, gümüş medala layiq görülüblər. Sina Bahrami (68 kq) isə yarmfinalda uduzaraq, bürünc medalla kifayətlənib.

Beləliklə, 51 ölkədən 2182 taekvondoçunun iştirak etdiyi və sayca ikinci olan G2 kateqoriyalı “DTF Prezident Kuboku” yarışında Azərbaycan millisi 2 qızıl, 2 gümüş və 4 bürünc medala sahib olub. Medalçılar il ərzində keçirilməsi nəzərdə tutulan Avropa birinciliyi və çempionatına öz çəkilərində əlavə lisenziya əldə edəcəklər.

Qeyd edək ki, taekvondoçular turnirdə federasiyanın vitse-prezidenti Niyaməddin Paşayev və eləcə də, baş məşqçilər Reza Mehmandosut, Elnur Amanov, Məmməd Abdullayev, Səbuhi Zülhüqarov, böyük məşqçilər Rəşad Əhmədov və Zahid Məmmədovun rəhbərliyi altında mübarizə aparıblar. 

Son xəbərlər

Orphus sistemi