Azərbaycan taekvondo yığmasının Qran-prinin final mərhələsi üçün heyəti müəyyənləşib

Azərbaycan taekvondo yığmasının Qran-prinin final mərhələsi üçün heyəti müəyyənləşib Afrikaya 4 idmançı yollanacaq
Fərdi
29 Noyabr , 2017 12:06
Azərbaycan taekvondo yığmasının Qran-prinin final mərhələsi üçün heyəti müəyyənləşib

Bakı. 29 noyabr. REPORT.AZ/ Dekabrın 2-də Kot dİvuarın Abican şəhərində start götürəcək taekvondo üzrə Qran-prinin final mərhələsi üçün Azərbaycan yığmasının heyəti açıqlanıb.

Azərbaycan Taekvondo Federasiyasından “Report”a verilən məlumata görə, iki gün davam edəcək turnirə milli komandanın 4 üzvü - Ayxan Tağızadə, Məhəmməd Məmmədov (hər ikisi 68 kq), dünya çempionu Milad Beigi Hərçəqani (80 kq) və olimpiya çempionu Radik İsayev (+80 kq) yollanıb.

Qaydalara əsasən, qalib idmançı aktivinə 80, ikinci yer 48, üçüncü yerə sahib olan isə 28.8 reytinq xalı əlavə edəcək. Hazırda İsayev 437.70 xalla, Hərçəqani isə 472.36 xalla öz çəki dərəcələri üzrə reytinq cədvəlində birinci pillədə qərarlaşıblar. 7-ci pillədə qərarlaşan Tağızadənin 207.69 xalı, 15-ci olan Məmmədovun isə 161.94 xalı var.

Rusiyada start götürən Qran Pri Mərakeş və Böyük Britaniyanın ardından Kot dİuvarda başa çatacaq.

Qeyd edək ki, Azərbaycan yığması yarışa baş məşqçilər Reza Mehmandoust, Elnur Amanov və böyük məqşi Rəşad Əhmədovun rəhbərliyi altında yollanıb. 

Son xəbərlər

Orphus sistemi