Azərbaycan taekvondo yığması təlim-məşq toplanışına başlayır

Azərbaycan taekvondo yığması təlim-məşq toplanışına başlayır Taekvondo üzrə Azərbaycan milli komandası 2022-ci il yanvarın 5-dən təlim-məşq toplanışına başlayacaq.
Fərdi
30 dekabr 2021 08:09
Azərbaycan taekvondo yığması təlim-məşq toplanışına başlayır

Taekvondo üzrə Azərbaycan milli komandası 2022-ci il yanvarın 5-dən təlim-məşq toplanışına başlayacaq.

"Report"un məlumatına görə, bu barədə Azərbaycan Taekvondo Federasiyasının (ATF) vitse-prezidenti Niyaməddin Paşayev məlumat verib.

O bildirib ki, hazırlıq prosesində 8 əsas idmançı ilə yanaşı, gənclər və iştirak edəcəklər: "Azərbaycanda yaxşı gənc idmançılar var. Bununla bağlı iş planı hazırlamışdıq. Təəssüf ki, pandemiyaya görə həyata keçirə bilmədik. Gəncləri ölkə xaricində təlim-məşq toplanışlarına göndərmək istəyirik".

N.Paşayev tanınmış taekvondoçu Milad Beigi Harçeqaninin hərbi xidmət məsələsini həll etdiyini diqqətə çatdırıb: "Milad Azərbaycanda idi, komanda üzvləri kimi tətilə buraxıldı. Yanvarın 5-də burada olacaq".

Son xəbərlər

Orphus sistemi