Azərbaycan taekvondo komandası dünya çempionu olub - YENİLƏNİB

Azərbaycan taekvondo komandası dünya çempionu olub - YENİLƏNİB Həlledici qarşılaşmada Cənubi Koreya məğlub edilib
Fərdi
13 Dekabr , 2016 15:39
Azərbaycan taekvondo komandası dünya çempionu olub - YENİLƏNİB

Bakı. 12 dekabr. REPORT.AZ/ Azərbaycanın kişi taekvondoçulardan ibarət millisi Bakıda keçirilən komandalararası dünya çempionatında qızıl medal qazanıb. 

"Report"un məlumatına görə, Reza Mehmandustun baş məşqçi olduğu yığma finalda Cənubi Koreyaya qalib gəlib - 21:5. Heyətdə Məhəmməd Məmmədov (63 kq), Ayxan Tağızadə, Sina Bahrami (hər ikisi 68 kq), Səid Quliyev (74 kq), Milad Beigi Harçeqani (80 kq) və Radik İsayev (+87 kq) yer alıb. 

Azərbaycan yığması ötənilki Dünya Kubokundan da qalib ayrılmışdı. 

----

15:06. Azərbaycan taekvondo komandası dünya çempionatının finalına yüksəlib

Bakı. 12 dekabr. REPORT.AZ/ Azərbaycanın kişi taekvondoçulardan ibarət millisi Bakıda keçirilən komandalararası dünya çempionatında finala yüksəlib.

"Report"un məlumatına görə, Reza Mehmandustun baş məşqçi olduğu yığma yarımfinalda Türkiyəni məğlubiyyətə uğradıb - 33:3.

Heyət üzvlərindən Məhəmməd Məmmədov (63 kq), Ayxan Tağızadə, Sina Bahrami (hər ikisi 68 kq), Səid Quliyev (74 kq), Milad Beigi Harçeqani (80 kq) və Radik İsayev (+87 kq) görüşlərini qələbə ilə başa vurublar.

Finalda rəqib Cənubi Koreya komandası olacaq. Görüş bu gün olacaq.

Son xəbərlər

Orphus sistemi