Azərbaycan strongman çempionatının I mərhələsi keçirilib

Azərbaycan strongman çempionatının I mərhələsi keçirilib Bakı. 30 mart. REPORT.AZ/ Azərbaycan strongman çempionatının I mərhələsi keçirilib.
Fərdi
30 Mart , 2018 18:40
Azərbaycan strongman çempionatının I mərhələsi keçirilib

Bakı. 30 mart. REPORT.AZ/ Azərbaycan strongman çempionatının I mərhələsi keçirilib.

"Report"un məlumatına görə, 5 mərhələdən ibarət olan yarışın birinci mərhələsində idmançılar "Log Lift" növü üzrə yarışıblar. Azərbaycan Texniki Universitetinin İdman Kompleksində baş tutan turnirdə idmançılar 80, 95, 110 və 110-dan yuxarı çəki dərəcəsində qüvvələrini sınayıblar. Şəhriyyar Hüseynli (80 kg), Elşən Ağayev (95 kg), Aydın Hümbətov (110 kg), Ramiz Hüseynov (110-dan yuxarı) birinci mərhələnin qalibləri olublar. Azərbaycan strongman çempionatı Gənclər və İdman Nazirliyinin dəstəyi ilə keçirilir.

Yarışdan sonra Azərbaycan strongman çempionatının açılış mərasimi baş tutub. Tədbirdə Gənclər və İdman Nazirliyinin nümayəndəsi Erşad Nəsibov, Azərbaycan Strongman Federasiyanın prezidenti Bəxtiyar Quliyev, vitse-prezidenti Namiq Cəfərov və Federasiyanın fəxri prezidenti İlham Ələkbərov iştirak edib.

Qeyd edək ki, Strongman Federasiyası 2017-ci ilin yanvarında yaradılıb. 

Son xəbərlər

Orphus sistemi