Azərbaycan sərbəst güləşçiləri "Yuqra Kuboku"nda mübarizə aparacaqlar

Azərbaycan sərbəst güləşçiləri "Yuqra Kuboku"nda mübarizə aparacaqlar ​Yığmaya 7 pəhləvan cəlb olunub
Fərdi
26 Oktyabr , 2017 09:55
Azərbaycan sərbəst güləşçiləri  Yuqra Kubokunda mübarizə aparacaqlar

Bakı. 26 oktyabr. REPORT.AZ/ Azərbaycan sərbəst güləşçiləri oktyabrın 29-da Rusiyanın Nefteyuqansk şəhərində Vladimir Semyonovun şərəfinə start götürəcək Yuqra Kubokunda mübarizə aparacaqlar.

“Report” Azərbaycan Güləş Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, iki gün davam edəcək yarış üçün yığmaya 7 pəhləvan cəlb olunub.

Məşqçilər Vahid Məmmədov və Qılman Novruzovun rəhbərliyi altında qonşu ölkəyə Mahir Əmiraslanov (57 kq), Ruslan Qasımov (61 kq), Mahal Novruzov (65 kq), Coşqun Əzimov (70 kq), Orxan Abbasov (74 kq), Aleksandr Qostiyev (86 kq) və Aslanbek Alborov (97 kq) yollanacaq.

Görüşlərin idarə edilməsində Azərbaycanı beynəlxalq dərəcəli hakim Qərib Əliyev təmsil edəcək.

Qeyd edək ki, 14-cü dəfə keçiriləcək turnirin proqramına əsasən, oktyabrın 28-də 57 kq, 65 kq, 74 kq və 97 kq çəki dərəcələrində qaliblər müəyyənləşəcək. 61 kq, 70 kq, 86 kq və 125 kq çəki dərəcəsində güləşçilər isə oktyabrın 29-da qüvvələrini sınayacaqlar.

Son xəbərlər

Orphus sistemi