Azərbaycan sərbəst güləş yığması Dünya Kubokunda bürünc medal qazanıb

Azərbaycan sərbəst güləş yığması Dünya Kubokunda bürünc medal qazanıb Yalnız David Suynuçxanov görüşünü məğlubiyyətlə başa vurub
Fərdi
17 Fevral , 2017 18:09
Azərbaycan sərbəst güləş yığması Dünya Kubokunda bürünc medal qazanıb

Bakı. 27 noyabr. REPORT.AZ/ Sərbəst güləş üzrə Azərbaycan millisi İranın Kirmanşah şəhərində keçirilən Dünya Kubokunda 3-cü yeri tutub. "Report"un məlumatına görə, Firdovsi Umudovun baş məşqçi olduğu komanda bürünc medal qarşılaşmasında Türkiyə yığmasını böyük hesabla yenib - 6:1.

Azərbaycan təmsilçilərindən yalnız David Suynuçxanov görüşünü məğlubiyyətlə başa vurub. Qalan 7 pəhləvan isə çətinlik çəkmədən qələbə qazanıb.

Azərbaycan - Türkiyə - 7:1

57 kq. Georgi Edişeraşvili - Sezar Akgül - 8:7

61 kq. Əli Rəhimzadə - Cengizxan Erdoğan - 0:0 (rəqibi xəbərdarlıqla uduzub)

65 kq. Hacı Əliyev - Safa Aksoy - 12:2 (təmiz qələbə)

70 kq. David Suynuçxanov - Yakub Qor - 2:10

74 kq. Murad Süleymanov - İslam Kılıç - 5:0

86 kq. Şərif Şərifov - Selim Yaşar - 2:1

97 kq. Aslanbek Alborov - Faruk Akkoyun - 9:1

125 kq. Cəmaləddin Məhəmmədov - Salim Ercan - 4:0 (tuşe)

Qeyd edək ki, Azərbaycan millisi Dünya Kubokunda qrup mərhələsinin İlk görüşündə Rusiyaya xal hesabı ilə 32:29, Gürcüstana 5:3 hesabı ilə qalib gəlsə də, ABŞ-a texniki xallara görə uduzub - 14:20. 

Son xəbərlər

Orphus sistemi