Azərbaycan samboçusu Dünya Kubokunda bürünc medal qazanıb

Azərbaycan samboçusu Dünya Kubokunda bürünc medal qazanıb Nəsimi Umbayev ilk yarış günündə yeganə medala sahib çıxıb
Fərdi
13 Fevral , 2015 11:02
Azərbaycan samboçusu Dünya Kubokunda bürünc medal qazanıb

Bakı. 13 fevral. REPORT.AZ/ Belarusun paytaxtı Minskdə keçirilən Dünya Kubokunda ilk yarış günündə Azərbaycan yığması bir medal qazanıb. "Report"un məlumatına görə, Nəsimi Umbayev 52 kq çəki dərəcəsində bürünc medala sahib olub. 

O, tacikistanlı Ərdəşir İsmayılovla birgə fəxri kürsünün 3-cü pilləsində yer alıb. Qızıl medala isə finalda həmyerlisi Riçard Totoyevi yenən Andrey Kubarkov layiq görülüb. 

Qeyd edək ki, Dünya Kubokuna bu gün yekun vurulacaq. 

Son xəbərlər

Orphus sistemi