​Azərbaycan samboçusu Amil Qasımov dünya çempionu olub

​Azərbaycan samboçusu Amil Qasımov dünya çempionu olub Həmyerlimiz finalda Rusiya idmançısına heç bir şans verməyib
Fərdi
23 Noyabr , 2014 06:49
​Azərbaycan samboçusu Amil Qasımov dünya çempionu olub

Bakı. 23 noyabr. REPORT.AZ/ Noyabrın 21-də Yaponiyada start götürən sambo üzrə Dünya çempionatının ikinci günündə Azərbaycan idmançısı Amil Qasımov qızıl medal qazanıb.

"Report" xəbər verir ki, həmyerlimiz 74 kq çəki dərəcəsində finalda rusiyalı rəqibi İlya Lebedevi məğlub edərək birinciliyə yüksəlib.

Yarışın birinci günündə, Ağasif Səmədov (52 kq) gümüş, Emil Həsənov (68 kq) isə bürünc medal ilə kifayətlənməli olub.

Narita şəhərində keçirilən Dünya çempionatına noyabrın 23-də yekun vurulacaq.

Son xəbərlər

Orphus sistemi