Azərbaycan samboçuları dünya çempionatını 3 medalla başa vurub

Azərbaycan samboçuları dünya çempionatını 3 medalla başa vurub Sonuncu medalçı Cavidan Qarayev olub
Fərdi
16 Noyabr , 2015 12:12
Azərbaycan samboçuları dünya çempionatını 3 medalla başa vurub

Bakı. 16 noyabr. REPORT.AZ/ Azərbaycan samboçuları Mərakeşin Kasablanka şəhərində keçirilmiş dünya çempionatını 3 gümüş medalla başa vurub. "Report"un məlumatına görə, sonuncu yarış günündə Cavidan Qarayev də fəxri kürsüyə qalxıb.

62 kq çəki dərəcəsində çıxış edən Qarayev finalda belaruslu İvan Aniskeviçə yenilib.

Qeyd edək ki, digər medallara Emil Həsənov (68 kq) və Amil Qasımov (74 kq) sahib çıxıb. 

Son xəbərlər

Orphus sistemi