Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov bu gün dünya çempionu ilə qarşılaşacaq

Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov bu gün dünya çempionu ilə qarşılaşacaq Maqnus Karlsenlə görüş nəticəsində "Qatar Masters Open"in qalibi böyük ölçüdə müəyyənləşəcək
Fərdi
28 Dekabr , 2015 10:03
Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov bu gün dünya çempionu ilə qarşılaşacaq

Bakı. 28 dekabr. REPORT.AZ/ Qətərin paytaxtı Dohada keçirilən şahmat üzrə "Qatar Masters Open"də mübarizə həlledici mərhələyə qədəm qoyub. "Report"un məlumatına görə, Azərbaycanın yeganə təmsilçisi Şəhriyar Məmmədyarov sona 2 tur qalmış liderliyi ələ alıb.

8-ci turda Məmmədyarov norveçli dünya çempionu Maqnus Karlsenlə üz-üzə gələcək. Bakı vaxtı ilə saat 15:00-da başlanacaq qarşılaşmada azərbaycanlı qrossmeyster ağ fiqurlarla oynayacaq.

Qeyd edək ki, bu görüşün nəticəsi hər iki şahmatçı üçün böyük əhəmiyyət kəsb edir. 7 turdan sonra Məmmədyarov, Karlsen və rusiyalı Sanan Syugirov hərəyə 5,5 xalla ilk 3 pilləni bölüşür. Syugirov qara fiqurlarla həmyerlisi və yarım xal üstələdiyi Vladimir Kramniklə qara fiqurlarla qarşılaşacaq. 

Son xəbərlər

Orphus sistemi