Azərbaycan şahmatçısı ilk dəfə Maqnus Karlsen turnirində

Azərbaycan şahmatçısı ilk dəfə Maqnus Karlsen turnirində Hazırkı dünya çempionu Maqnus Karlsenin 5 turnirdən ibarət onlayn şahmat turunun növbəti - üçüncü seriyası olan Online Chess Mastersin iştirakçıları açıqlanıb.
Fərdi
227
12 İyun , 2020 16:34
Azərbaycan şahmatçısı ilk dəfə Maqnus Karlsen turnirində

Hazırkı dünya çempionu Maqnus Karlsenin 5 turnirdən ibarət onlayn şahmat turunun növbəti - üçüncü seriyası olan "Online Chess Masters"in iştirakçıları açıqlanıb. 

"Report" "Chess24"ə istinadən xəbər verir ki, mükafat fondu 150 min ABŞ dolları olan bu mərhələyə 12 şahmatçı qatılacaq. Yarış 20 iyun - 5 iyulda olacaq. 

Turnirdə Azərbaycan şahmatçısı Teymur Rəcəbov da iştirak edəcək. Yarışın qalibi 45 min ABŞ dolları qazanacaq. 

Qeyd edək ki, Maqnus Karlsenin bundan əvvəl təşkil etdiyi yarışlarda Azərbaycan şahmatçıları iştirak etməyib. 

Son xəbərlər

Orphus sistemi