Azərbaycan şahmatçısı Arkadi Naydiç Almaniyada keçirilən superturnirə heç-heçə ilə başlayıb

Azərbaycan şahmatçısı Arkadi Naydiç Almaniyada keçirilən superturnirə heç-heçə ilə başlayıb Turun əsas görüşü Karlsen və Karuana arasında baş tutub
Fərdi
1 Aprel , 2018 01:20
Azərbaycan şahmatçısı Arkadi Naydiç Almaniyada keçirilən superturnirə heç-heçə ilə başlayıb

Bakı. 1 aprel. REPORT.AZ/ Şahmat üzrə hazırkı dünya çempionu Maqnus Karlsen (Norveç) və dünya tacına namizəd Fabiano Karuana (Amerika) Almaniyada keçirilən "Grenke Chess Classic" superturnirinin birinci turunda heç-heçə edib.

“Report” xəbər verir ki, turnirdə Azərbaycanı təmsil edən Arkadi Naydiç ilk oyununu fransalı Maksim Vaşye-Laqrava qarşı keçirib və görüş heç-heçə başa çatıb.

Almaniyalı Georq Mayer və turnirin hazırkı qalibi Levon Aronyan, həmçinin çinli xanım şahmatçı Hou İfan və Vişvanatan Anand (Hindistan) da partiyanı heç-heçə başa vurub.

Turda yeganə qələbə rusiyalı qrossmeyster Nikita Vitüqov ilə alman Mattias Blübaumom arasında keçirilən oyunda qeydə alınıb. Rusiyalı şahmatçı görüşdən qalib ayırılıb.

İlk turdan sonra Vitüqov bir xal ilə turnirin vahid lideridir.

Son xəbərlər

Orphus sistemi