"ShamkirChess 2019": Azərbaycan şahmatçılarının duelində qalib müəyyənləşməyib

"ShamkirChess 2019": Azərbaycan şahmatçılarının duelində qalib müəyyənləşməyib Mərhum şahmatçı Vüqar Həşimovun xatirəsinə həsr olunmuş ShamkirChess 2019 superturnirində bu gün II turun görüşləri keçirilir.
Fərdi
1 Aprel , 2019 16:15
ShamkirChess 2019: Azərbaycan şahmatçılarının duelində qalib müəyyənləşməyib

Mərhum şahmatçı Vüqar Həşimovun xatirəsinə həsr olunmuş "ShamkirChess 2019" superturnirində bu gün II turun görüşləri keçirilir. 

"Report"un məlumatına görə, Azərbaycan təmsilçiləri Şəhriyar Məmmədyarovla Teymur Rəcəbov bir-biri ilə qarşılaşıb. Görüşdə qalib müəyyənləşməyib - 0,5:0,5. İlk turda da heç-heçə edən qrossmeysterlərin hərəsinin 1 xalı var. 

Hazırda Veselin Topalov (Bolqarıstan) - David Navara (Çexiya), Dinq Liren (Çin) - Alekandr Qrişuk (Rusiya), Maqnus Karlsen (Norveç) - Vişvanatan Anand (Hindistan) və Aniş Giri (Hollandiya) - Sergey Karyakin (Rusiya) görüşləri davam edir. 

Qeyd edək ki, "ShamkirChess"ə aprelin 9-da yekun vurulacaq.

Son xəbərlər

Orphus sistemi