Azərbaycan şahmatçıları olimpiadanın ən yaxşıları arasında

Azərbaycan şahmatçıları olimpiadanın ən yaxşıları arasında Ümumdünya Şahmat Olimpiadasının top divizionunda qrupmərhələsinin ən yaxşı oyunçularının adları açıqlanıb.
Fərdi
788
25 Avqust , 2020 00:37
Azərbaycan şahmatçıları olimpiadanın ən yaxşıları arasında

Ümumdünya Şahmat Olimpiadasının top divizionunda qrup mərhələsinin ən yaxşı oyunçularının adları açıqlanıb.

"Report" Beynəlxalq Şahmat Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, siyahıda Azərbaycan qrossmeysterləri də var.

B qrupunda mübarizə aparan yığma üzvlərindən I lövhədə Şəhriyar Məmmədyarov 3,5, II lövhədə Rauf Məmmədov 6, III lövhədə isə Günay Məmmədzadə 5 xalla zirvədə yer alıb.

Məmmədov eyni zamanda qrup mərhələsinin rəmzi yığmasına da düşüb. O, 12 nəfərlik siyahıda yalnız polşalı Yan-Kşiştof Dudadan (7 xal) geri qalır.

Qeyd edək ki, Azərbaycan millisi Ümumdünya Şahmat Olimpiadasının top divizionunda qrup oyunlarını lider kimi başa vuraraq birbaşa 1/4 finala vəsiqə qazanıb.

Son xəbərlər

Orphus sistemi