Yuxarı
    Bağlamaq

    Azərbaycan şahmatçıları dünya çempionatında 4 medal qazanıb

    Komanda yarışlarda 14 şahmatçı ilə təmsil olunub

    Buxarest. 1 may. REPORT.AZ/ Rumıniyanın İaşi şəhərində məktəblilər arasında şahmat üzrə dünya çempionatı başa çatıb.

    “Report”un Şərqi Avropa bürosu xəbər verir ki, mötəbər yarışda Azərbaycanın zəka sahibləri 3 gümüş və 1 bürünc medal qazanıblar.

    Komandamızın aktivinə gümüş medalları Ziya Məmmədov (U7), Fərid Orucov (U9) və Süsən Məmmədova (U17), bürüncü isə Leyla Budaqova (U9) yazdırıb.

    Yarışda iştirak edən digər şahmatçılarımız Murad Mehdizadə (U7) və Murad İbrahimli (U15) turnir cədvəlində yalnız əlavə göstəricilərdə rəqiblərindən geri qalaraq bürünc medalın bir addımlığında büdrəyiblər.

    İaşi şəhər Mədəniyyət Sarayında klassik şahmat üzrə 7-dən 17 yaşadək məktəblilər arasında keçirilən dünya çempionatında 46 ölkədən 500 zəka sahibi iştirak edib. Azərbaycan yarışlarda 14 şahmatçı ilə təmsil olunub.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi