Azərbaycan şahmat yığması bu gün İngiltərə komandası ilə qarşılaşacaq

Azərbaycan şahmat yığması bu gün İngiltərə komandası ilə qarşılaşacaq Bakı. 6 mart. REPORT.AZ/ Qazaxıstanın paytaxtı Astanadakı şahmat üzrə komandalararası dünya çempionatında bu gün II turun görüşləri keçiriləcək.
Fərdi
6 Mart , 2019 07:30
Azərbaycan şahmat yığması bu gün İngiltərə komandası ilə qarşılaşacaq

Bakı. 6 mart. REPORT.AZ/ Qazaxıstanın paytaxtı Astanadakı şahmat üzrə komandalararası dünya çempionatında bu gün II turun görüşləri keçiriləcək.

"Report"un məlumatına görə, Azərbaycan millisi İngiltərə ilə üz-üzə gələcək. Görüş Bakı vaxtı ilə saat 13:00-da başlanacaq.

İlk turda Azərbaycan Çinə 0,5:3,5 hesabı ilə uduzduğu halda, İngiltərə Qazaxıstana qalib gəlib - 2,5:1,5.

Azərbaycan çempionata Arkadi Naydiç, Rauf Məmmədov, Qədir Hüseynov, Eltac SəfərliNicat Abbasovla, İngiltərə isə Maykl Adams, Luk Makşeyn, Devid Hauell, Qaveyn ConsConatan Spilmenlə təmsil olunur.

II turda İsveç - Qazaxıstan, ABŞ - Çin, Rusiya - Misir və Hindistan - İran qarşılaşmaları da oynanılacaq.

Qeyd edək ki, ilk turdan sonra Çin, Hindistan, ABŞ, Rusiya və İngiltərə hərəyə 2 xalla ilk 5 pillədə qərarlaşıb. Sonrakı 5 pillədə isə Qazaxıstan, İran, Misir, İsveç və Azərbaycan qərarlaşıb.

Dünən kişi şahmatçılardan ibarət Azərbaycan millisi Qazaxıstanın paytaxtı Astanada komandalararası dünya çempionatının ilk turunda Çin yığması ilə üz-üzə gəlib.

Son xəbərlər

Orphus sistemi