Yuxarı

Şəhriyar Məmmədyarov Hollandiyadakı ənənəvi turnirdə mübarizəyə başlayır

Tata Steel Chess-2016 beynəlxalq yarışı yanvarın 31-də başa çatacaq

Bakı. 15 yanvar. REPORT.AZ/ Bu gün Hollandiyanın Veyk-an-Zee şəhərində şahmat üzrə ənənəvi "Tata Steel Chess-2016" beynəlxalq festivalı start götürür. "Report"un məlumatına görə, 78-ci dəfə təşkil olunan turnirdə 14 qrossmeyster mübarizə aparacaq.

Yarışın A qrupunda Azərbaycan təmsilçisi Şəhriyar Məmmədyarovla yanaşı, dünya çempionu Maqnus Karlsen (Norveç), Bakıda keçirilən 2015-ci il Dünya Kubokunun sahibi Sergey Karyakin (Rusiya), Fabiano Karuana, Uesli So (hər ikisi ABŞ), Dinq Liren, Vey Yi, Yifan Hou (hamısı Çin), Aniş Qiri, Lyük van Veli (hər ikisi Hollandiya), Maykl Adams (İngiltərə), Pavel Elyanov (Ukrayna), Yevgeni Tomaşevski (Rusiya) və David Navara (Çexiya) iştirak edəcəklər.

Azərbaycanın daha 2 şahmatçısı - Eltac Səfərli və Nicat Abasov isə B qrupunda çıxış edəcək. 

Yarış qaydalarına görə, iştirakçılar ilk turda Amsterdamdakı NEMO Elm Muzeyində, növbəti turda isə Utrext dəmiryolu muzeyində yarışacaqlar.

Qeyd edək ki, dairəvi sistem üzrə keçiriləcək şahmat festivalı yanvarın 31-dək davam edəcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi