Azərbaycan Qran-prisinin şüarı açıqlanıb

Azərbaycan Qran-prisinin şüarı açıqlanıb 10-12 iyun tarixlərində baş tutacaq Formula 1 2022 Azərbaycan Qran Prisi bu il həm trekdə, həm də tribunada öz azarkeşlərinə unudulmaz həyəcan yaşadacaq.
Fərdi
19 aprel 2022 13:25
Azərbaycan Qran-prisinin şüarı açıqlanıb

Bu il Bakıda keçiriləcək "Formula 1" üzrə Azərbaycan Qran-prisinin şüarı müəyyənləşib.

Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən (BŞH) "Report"a verilən məlumata görə, sayca altıncı olacaq yarışın şüarı "F1 qayıdır: trekə və tribunaya!" adlanır.

Bundan əlavə, BŞH mövsümün ən parlaq vizuallarını təqdim edib. İlk dəfə onlar Azərbaycanın üç rəngli bayrağının rəngləri ilə simvolizə olunub.

Qeyd edək ki, cari mövsüm Azərbaycan Qran-prisi 10 - 12 iyunda gerçəkləşəcək. Bakıdakı yarış 2020-ci ildə koronavirus pandemiyasına görə ləğv olunub, 2021-ci ildə isə azarkeşsiz gerçəkləşib.

Son xəbərlər

Orphus sistemi