Azərbaycan Qran Prisinin sərbəst yürüşü zamanı qəza baş verib - VİDEO

Azərbaycan Qran Prisinin sərbəst yürüşü zamanı qəza baş verib - VİDEO Serxio Peresin bolidi Qız Qalasının yaxınlığında səddə çırpılıb və yarasız hala düşüb
Fərdi
23 İyun , 2017 14:19
Azərbaycan Qran Prisinin sərbəst yürüşü zamanı qəza baş verib - VİDEO
F1 rəsmi twitter səhifəsi

Bakı. 23 iyun. REPORT.AZ/ Formula 1 üzrə Azərbaycan Qran Prisinin ilk sərbəst yürüşü zamanı qəza baş verib. 

“Report”un məlumatına görə, "Force İndia"nın pilotu Serxio Peresin bolidi səkkizinci döngədə - Qız Qalasının yaxınlığında səddə çırpılıb və yarasız hala düşüb. Zərbənin gücündən bolidin sağ arxa təkəri qopub. Pilot bolidi tərk edikdən sonra marşallar ərazidə təmizlik işi aparıblar. Bolidin trassdan götürülməsi üçün kran gətirilib. 

Qeyd edək ki, buna qədər Serxio Peres birinci döngədə xoşagəlməz halla üzləşib. Əyləc sistemi bloklandığı üçün onun idarə etdiyi bolid trasın kənarına çıxıb.

Son xəbərlər

Orphus sistemi