Azərbaycan Qran-prisinin keçirilmə müddəti 2023-cü ilədək uzadılıb

Azərbaycan Qran-prisinin keçirilmə müddəti 2023-cü ilədək uzadılıb Bakı. 5 fevral. REPORT.AZ/ Bu gün Bakı Şəhər Halqası ilə Formula 1 Şirkətlər Qrupu arasında Azərbaycan Qran-prisinin keçirilmə müddətinin uzadılmasına dair yeni müqavilə imzalanıb.
Fərdi
8289
5 Fevral , 2019 10:07
Azərbaycan Qran-prisinin keçirilmə müddəti 2023-cü ilədək uzadılıb
Report/ Firi Salim
0 : 00
0 : 00

Bakı. 5 fevral. REPORT.AZ/ Bu gün Bakı Şəhər Halqası ilə "Formula 1" Şirkətlər Qrupu arasında Azərbaycan Qran-prisinin keçirilmə müddətinin uzadılmasına dair yeni müqavilə imzalanıb.

"Report" xəbər verir ki, bununla bağlı təşkil olunan tədbirdə gənclər və İdman naziri Azad Rəhimov bildirib. Onun sözlərinə görə, yeni sözləşmənin müddəti 2023-cü ilə qədər nəzərdə tutulub. Əvvəlki anlaşma 2020-ci ilədək idi.

Daha sonra tərəflər arasında rəsmi müqavilə bağlanılıb. Müqaviləyə A.Rəhimovla "Formula 1 Group" şirkətinin baş icraçı direktoru Çeyz Kerri imza atıb. 

Qeyd edək ki, Azərbaycan Qran-prisi 2016-cı ildən "Formula 1"in təqviminə daxil olub. Builki Qran-pri 28 - 30 apreldə keçiriləcək. 

Son xəbərlər

Orphus sistemi