Azərbaycan Qran Prisi iştirakçılarının Bakıya gəlmə vaxtı açıqlanıb

Azərbaycan Qran Prisi iştirakçılarının Bakıya gəlmə vaxtı açıqlanıb İyunun 21-də pilotlar, xarici mətbuat nümayəndələri, Formula 1 rəhbərliyi və digər rəsmi şəxslər Bakıda olacaqlar
Fərdi
30 May , 2017 12:06
Azərbaycan Qran Prisi iştirakçılarının Bakıya gəlmə vaxtı açıqlanıb
Report.az

Bakı. 30 may. REPORT.AZ/ Formula 1 üzrə Azərbaycan Qran Prisində iştirak edəcək komandalar iyunun 19-dan etibarən Bakıya gələcəklər. "Report" xəbər verir ki, bu barədə jurnalistlərə Bakı Şəhər Halqasının Marketinq və kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai bildirib.

O deyib ki, iyunun 21-də pilotlar, xarici mətbuat nümayəndələri, Formula 1 rəhbərliyi və digər rəsmi şəxslər Bakıda olacaqlar. 

Qeyd edək ki, iyunun 23-də pilotların sınaq yürüşləri, ertəsi gün sıralama turu, iyunun 25-də isə yarış olacaq. 

Son xəbərlər

Orphus sistemi