Azad Rəhimov Azərbaycan Qran-prisinə qatılacaq müğənnilərin qonorarlarından danışıb

Azad Rəhimov Azərbaycan Qran-prisinə qatılacaq müğənnilərin qonorarlarından danışıb "Eləsi var 3 minə gəlir, eləsi də var 300 minə"
Fərdi
2 Fevral , 2017 16:22
Azad Rəhimov Azərbaycan Qran-prisinə qatılacaq müğənnilərin qonorarlarından danışıb

Bakı. 2 fevral. REPORT.AZ/ "Formula-1" üzrə Azərbaycan Qran-prisi çərçivəsində təşkil olunacaq konsert proqramına yenə dünyaca məşhur müğənnilər dəvət edilib.

"Report"un məlumatına görə, bu barədə gənclər və idman naziri Azad Rəhimov açıqlama verib.   

O bildirib ki, həmin müğənnilərə ayrılacaq vəsait müxtəlif olacaq: "Bu, dəvət olunacaq ulduza baxır. Qiymətlər müxtəlifdir. Eləsi var 3 minə gəlir, eləsi də var 300 minə. Ona görə də dəqiq rəqəm söyləmək mümkün deyil". 

Qeyd edək ki, Azərbaycan Qran-prisi bu il iyunun 23 - 25-də keçiriləcək. 

Son xəbərlər

Orphus sistemi