Azərbaycan Qran-prisində marşal və könüllü sayı açıqlandı

Azərbaycan Qran-prisində marşal və könüllü sayı açıqlandı "Formula 1" üzrə Azərbaycan Qran-prisində 1300-dək marşal olacaq
Fərdi
21 May , 2021 11:02
Azərbaycan Qran-prisində marşal və könüllü sayı açıqlandı

"Formula 1" üzrə Azərbaycan Qran-prisində 1300-dək marşal olacaq.

"Report"un məlumatına görə, bu barədə Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin (BŞH) İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri Ayan Nəcəf-Ağayeva açıqlama verib.

O bildirib ki, marşallardan təqribən 50-si əcnəbilərdir: "Onlar daha yaxşı mobilizasiya və kapsula mühitinin qorunub saxlanılması səbəbindən yarış müddətində Atletlər kəndində olacaq".

BŞH rəsmisi Azərbaycan Qran-prisinə ümumilikdə 500 könüllünün cəlb edilməsinin nəzərdə tutulduğunu da diqqətə çatdırıb: "Hazırda könüllülər işə başlayıb. Onların bütün təlimləri bitib və yarışa tam hazırdırlar".

Qeyd edək ki, Azərbaycan Qran-prisi 4 - 6 iyunda keçiriləcək.

Son xəbərlər

Orphus sistemi