Azərbaycan Qran-prisində konsert proqramı ilə çıxış edəcək ikinci əcnəbi müğənninin adı müəyyənləşib

Azərbaycan Qran-prisində konsert proqramı ilə çıxış edəcək ikinci əcnəbi müğənninin adı müəyyənləşib O, aprelin 29-da "Baku Crystall Hall"da canlı konsert şousu ilə çıxış edəcək
Fərdi
23 Fevral , 2018 16:11
Azərbaycan Qran-prisində konsert proqramı ilə çıxış edəcək ikinci əcnəbi müğənninin adı müəyyənləşib

Bakı. 23 fevral. REPORT.AZ/ "Formula-1" üzrə Azərbaycan Qran-prisində konsert proqramı ilə çıxış edəcək ikinci əcnəbi müğənninin adı müəyyənləşib.

"Report" Bakı Şəhər Halqasına istinadən xəbər verir ki, bu, ikiqat "Brit Awards" mükafatı laureatı Dua Lipadır. Kosovo əsilli britaniyalı müğənni aprelin 29-da Baku Crystall Hall"da canlı konsert şousu ilə çıxış edəcək.

Qeyd edək ki, aprelin 27-də Böyük Britaniyanın tanınmış qrupu "Jamiroquai" "Baku Crystall Hall"da səhnə alacaq. 

Son xəbərlər

Orphus sistemi