Azərbaycan Qran-prisi "Formula-1"in ən yaxşı yarışı səsverməsində birinci olub

Azərbaycan Qran-prisi "Formula-1"in ən yaxşı yarışı səsverməsində birinci olub Bakı. 5 avqust. REPORT.AZ/ Formula-1in Bakı şəhərində keçirilən Qran-pri mərhələsi mövsümün birinci yarısında ən baxımlı yarış adı uğrunda mübarizədə 62 faiz səs toplayıb.
Fərdi
5 Avqust , 2018 07:38
Azərbaycan Qran-prisi Formula-1in ən yaxşı yarışı səsverməsində birinci olub

Bakı. 5 avqust. REPORT.AZ/ "Formula-1"in Bakı şəhərində keçirilən Qran-pri mərhələsi mövsümün birinci yarısında ən baxımlı yarış adı uğrunda mübarizədə 62 faiz səs toplayıb.

“Report” xəbər verir ki, çempionatın rəsmi "Twitter" səhifəsində mərhələli şəkildə yarımfinal və final səsvermələri keçirilib.

Almaniyanın Hokkenhaym şəhərində keçirilən yarış yarımfinalda Silverstoundakına (Britaniya) məğlub olub. Daniel Rikardonun Çində qazandığı qələbə isə Azərbaycanda baş tutan möhtəşəm mərhələyə uduzub.

Final mübarizəsində Bakıdakı yarış 62%–38% hesabı ilə Silverstoundakına qalib gəlib.

Son xəbərlər

Orphus sistemi