Qılıncoynadanımız olimpiadaya lisenziya qazandı

Qılıncoynadanımız olimpiadaya lisenziya qazandı Azərbaycanın qılıncoynadanı Anna Başta TOKİO-2020 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb
Fərdi
238
25 Aprel , 2021 22:27
Qılıncoynadanımız olimpiadaya lisenziya qazandı

Azərbaycanın qılıncoynadanı Anna Başta TOKİO-2020 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb.

“Report” xəbər verir ki, sablyaçımız bu uğura İspaniyanın paytaxtı Madrid şəhərində keçirilən Avropa Olimpiya Təsnifat Turnirində nail olub.

Qrup mərhələsində keçirdiyi 6 görüşdən 3-nü qalib başa vuran Anna ardınca pley-off mərhələsində də məğlubiyyətsiz irəliləyib.

Anna bu mərhələdə keçirdiyi görüşlərdə yüksək əzmkarlıq nümayiş etdirirək parlaq çıxışla yadda qalıb. Başta pley-offun ilk görüşündə İspaniya təmsilçisi Arakelli Navarra qarşılaşıb. Gərginliyi ilə yadda qalan görüşdə Anna 15:14 hesablı çətin qləbə qazanıb. Növbəti mərhələdə sablyaçımız Gürcüstan idmançısı Teodora Kakianini 15:10 hesabı ilə üstələyərək ən güclü 4 qadın sablyaçı sırasına yüksəlib. Burada polşalı Silviya Matuzjakla qarşılaşan Anna zəfər yürüşünü davam etdirib. Bu dəfə 4 xallıq fərqlə (15:11) qalib gələn qılıncoynadanımız turnirin finalına vəsiqə qazanıb.

Almaniyalı Anna Limbaxla həlledici görüş gözlənildiyi kimi çətin alınıb. Ancaq sonda daha dəqiq olan Anna Başta rəqibini 15:13 hesabı ilə məğlub edərək Avropa Olimpiya Təsnifat Turnirinin qalibi olub.

Beləliklə, Anna Başta 23 iyul-8 avqustda Tokioda keçiriləcək 4 illiyin zirvə yarışında ölkəmizi təmsil edəcək.

Son xəbərlər

Orphus sistemi