Bakı. 16 aprel. REPORT.AZ/ Аzərbаycаn pоlisinin 100 illik yubileyinə həsr olunmuş cüdo üzrə Daxili İşlər Nazirliyinin (DİN) çempionatı keçirilib.
Nazirliyin Mətbuat xidmətindən "Report"a verilən məlumata görə, DİN İdman Cəmiyyətində keçirilmiş yarışa ərazi polis orqanları, nizami hissə və tədris müəssisələrini təmsil edən, ümumilikdə, 10 komandadan 80 idmançı qatılıb.
Komanda birinciliyində ilk "üçlük"də Əlahiddə Çevik Polis Alayı, DİN Daxili Qoşunlarının Baş İdarəsi və Polis Akademiyasının əməkdaşları qərarlaşıblar.
Çempion adını K.Məmmədli (62 kq, DQ), R.Diniyev (66 kq, PA), F.Mikayılov (73 kq, Gəncə ŞBPİ), A.Fətullayev (81 kq, ƏÇPA), H.Cəbiyev (90 kq, ƏÇPA), K.Abdullaxanlı (100 kq, BMİ) və A.Mehrəliyev (+100 kq, ƏÇPA) qazanıb.
Sonda qaliblərə medallar, diplomlar və qiymətli hədiyyələr təqdim olunub.





