Azərbaycan parataekvondoçuları Qran-pridə iki qızıl və bir bürünc medal qazanıblar

Azərbaycan parataekvondoçuları Qran-pridə iki qızıl və bir bürünc medal qazanıblar Azərbaycan parataekvondoçuları Meksikanın Verakrus ştatında keçirilmiş Qran-pridə üç medal qazanıblar.
Fərdi
20 Sentyabr , 2023 10:37
Azərbaycan parataekvondoçuları Qran-pridə iki qızıl və bir bürünc medal qazanıblar

Azərbaycan parataekvondoçuları Meksikanın Verakrus ştatında keçirilmiş Qran-pridə üç medal qazanıblar.

"Report"un məlumatına görə, baş məşqçi Fərid Tağızadənin yetirmələrindən İmaməddin Xəlilov (70 kq, K-44) və Sabir Zeynalov (58 kq, K-44) bütün rəqiblərinə qalib gələrək, qızıl medala sahib olublar.

Yığmanın hesabına digər mükafatı Əbülfəz Abuzərli (80 kq, K-44) yazdırıb. O, bürünc medala yiyələnib.

Qeyd edək ki, idmançılar eyni məkanda dünya çempionatına da qatılacaq. Mundial sentyabrın 21-24-də baş tutacaq.

Son xəbərlər

Orphus sistemi