Azərbaycan paralimpiya hərəkatı tarixində ilk dəfə qış idman növündə medal qazanılıb

Azərbaycan paralimpiya hərəkatı tarixində ilk dəfə qış idman növündə medal qazanılıb Bakı. 4 fevral. REPORT.AZ/ Xizəkçi Gülnar Rəhimova Azərbaycan paralimpiya hərəkatı tarixində ilk dəfə qış idman növləri üzrə beynəlxalq yarışda medal qazanıb.
Fərdi
4 Fevral , 2019 17:36
Azərbaycan paralimpiya hərəkatı tarixində ilk dəfə qış idman növündə medal qazanılıb

Bakı. 4 fevral. REPORT.AZ/ Xizəkçi Gülnar Rəhimova Azərbaycan paralimpiya hərəkatı tarixində ilk dəfə qış idman növləri üzrə beynəlxalq yarışda medal qazanıb.

Milli Paralimpiya Komitəsindən “Report”a verilən məlumata görə, dağ xizəyi üzrə İranda keçirilən Asiya çempionatında iştirak edən idmançı ilk gündə nəhəng slalom yarışında qalib olub.

O, ikinci gün slalom üzrə yarışda da ən yaxşı nəticəni göstərib və qızıl medala layiq görülüb.

Qeyd edək ki, Azərbaycan paralimpiyaçıları ilk dəfə qış idman növü üzrə beynəlxalq yarışa qatılıblar.

Son xəbərlər

Orphus sistemi