​Azərbaycan yığması Avropa çempionatında 7 medal qazanıb

​Azərbaycan yığması Avropa çempionatında 7 medal qazanıb 3 para-taekvondoçu fəxri kürsünün ən yüksək pilləsinə qalxıb
Fərdi
21 Aprel , 2015 13:09
​Azərbaycan yığması Avropa çempionatında 7 medal qazanıb

Bakı. 21 aprel. REPORT.AZ/ Moldovanın paytaxtı Kişinyovda keçirilmiş para-taekvondo üzrə IV Avropa çempionatında Azərbaycan milli komandası 7 medal qazanıb. Azərbaycan Taekvondo Federasiyasından "Report"a verilən məlumata görə, yığma üzvləri 3 qızıl, 2 gümüş, 2 bürünc medala sahib olublar. 

Nicat Müslümov (75 kq), Rövşən Qəhrəmanlı (61 kq) və Aleksandr Polişuk (+75 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Namiq Abbasov (61 kq) və Röyalə Fətəliyeva (49 kq) final döyüşündə rəqibinə məğlub olaraq yarışı ikinci pillədə başa vurub. Anar Hüseynov (61 kq) və Vüqar Adışirinov (+75 kq) isə 3-cü yerlə kifayətlənib. 

Qeyd edək ki, Azərbaycan millisi 15 ölkədən 89 idmançının iştirak etdiyi yarışda ümumi komanda hesabında 3-cü yerə layiq görülüb.

Son xəbərlər

Orphus sistemi