Azərbaycan para-taekvondo millisi dünya çempionatında 8 medal qazanıb

Azərbaycan para-taekvondo millisi dünya çempionatında 8 medal qazanıb Medallardan 3-ü qızıl, 1-i gümüş, 4-ü bürünc olub
Fərdi
18 Sentyabr , 2015 12:50
Azərbaycan para-taekvondo millisi dünya çempionatında 8 medal qazanıb

Bakı. 18 sentyabr. REPORT.AZ/ Türkiyənin Samsun şəhərində para-taekvondo üzrə sayca 6-cı olan dünya çempionatı başa çatıb. "Report"un məlumatına görə, 10 idmançı ilə mundiala qatılan Azərbaycan millisi 8 medal qazanıb. 

Onlardan 3-ü qızıl, 1-i gümüş, 4-ü bürünc olub. Nicat Müslümov (75 kq), Aleksandr Polişuk (+75 kq) və Aynur Dadaşova (+58 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Xəzər İsayev (75 kq) finalda uduzaraq gümüş medalla kifayətlənib. Röyalə Fətəliyeva (49 kq), Əbülfəz Abuzərli (75 kq), Vüqar Adışirinov (+75 kq) və Namiq Abbasov (61 kq) yarımfinalda məğlub olaraq bürünc medala sahib olub. 

Ümumi komanda hesabında Azərbaycan millisi kişilər arasında Rusiya millisindən sonra ikinci, qadınlar arasında isə Rusiya və Türkiyədən sonra üçüncü olub. 

Son xəbərlər

Orphus sistemi