Azərbaycan nümayəndə heyəti dünya çempionatının püşkatma mərasimində iştirak edib

Azərbaycan nümayəndə heyəti dünya çempionatının püşkatma mərasimində iştirak edib Püşkatmanın nəticələrinə görə cüdoçularımızın ilk rəqibləri məlum olub
Fərdi
28 Avqust , 2017 20:25
Azərbaycan nümayəndə heyəti dünya çempionatının püşkatma mərasimində iştirak edib

Bakı. 28 avqust. REPORT.AZ/ Macarıstanın paytaxtı Budapeşt şəhərində cüdo üzrə dünya çempionatının püşkatma mərasimi keçirilib. 

Azərbaycan Cüdo Federasiyasından "Report"a verilən məlumata görə, mərasimdə Beynəlxalq Cüdo Federasiyasının rəhbərliyi və İcraiyyə Komitəsinin üzvləri, milli federasiyaların rəsmiləri, yığma komandaların məşqçiləri, tanınmış cüdo xadimləri iştirak ediblər.

Püşkatmanın nəticələrinə görə cüdoçularımızın ilk rəqibləri məlum olub.

Kişilər

60 kq

Orxan Səfərov - Tapiva Pavari (Zimbabve) / Yanislav Qerçev (Bolqarıstan) cütlüyünün qalibi

66 kq

Nicat Şıxəlizadə - Eldos Jumaxanov (Qazaxıstan)

73 kq

Rüstəm Orucov - Aqil Qjakov (Kosovo) / Xavyer Ramires (İspaniya) qarşılaşmasının qalibi
Hidayət Heydərov - Əhməd Əl Mezaati (Mərakeş)
90 kq

Məmmədəli Mehdiyev - Kristian Bodirlau (Rumıniya)

Tural Səfquliyev - Xose Aroyo (Peru)

100 kq

Elxan Məmmədov - Luis Medina (Dominikan Respublikası) / Kayl Reyes (Kanada) görüşünün qalibi
Elmar Qasımov - Otqonbatar Lxaqvasuren (Monqolustan) / Səidcəlal Səidov (Tacikistan)
+ 100 kq

Uşanqi Kokauri - Rafael Silva (Braziliya)

Qadınlar

48 kq

Əliyeva Leyla - Funa Tonaki (Yaponiya) 

Erdenabat Bazarraqça - Aleksandra Pop (Rumıniya)
52 kq

Nəzakət Əzizova - İkram Soukate (Mərakeş)
Purevsuren Buyankışinq - Natalya Kuzyutina (Rusiya)
57 kq

Munktsedev İçinkolo - Joan Ekusoan (İspaniya)
Səkinə Zairova - Viktoriya Mayorosova (Slovakiya)
63 kq

Gülsədəf Kərimova - Anrikelis Barrios (Venesuela)
+ 78 kq

İrina Kindzerska - Essoxanam Koros (Toqo)

Qeyd edək ki, cüdo üzrə dünya çempionatı avqustun 28-dən sentyabrın 3-dək keçiriləcək. Yarışda ölkəmizi 17 cüdoçu (9 kişi, 8 qadın) təmsil edəcək. Azərbaycan Cüdo Federasiyasının prezidenti Rövnəq Abdullayevin başçılıq etdiyi nümayəndə heyəti də hazırda Budapeşt şəhərindədir. Dünya çempionatının görüşləri ölkəmizdə CBC Sport kanalı ilə canlı yayımlanacaq.

Son xəbərlər

Orphus sistemi