Azərbaycan nümayəndə heyəti Avropa Gənclərinin Olimpiya Festivalına qatılacaq

Azərbaycan nümayəndə heyəti Avropa Gənclərinin Olimpiya Festivalına qatılacaq 65 nəfərlik heyətdə 41 idmançı yer alıb
Fərdi
18 İyul , 2017 16:58
Azərbaycan nümayəndə heyəti Avropa Gənclərinin Olimpiya Festivalına qatılacaq

Bakı. 18 iyul. REPORT.AZ/ Azərbaycan nümayəndə heyəti iyulun 22-də Macarıstanın Dyor şəhərində start götürəcək Avropa Gənclərinin Olimpiya Festivalına (EYOF) qatılacaq. 

Milli Olimpiya Komitəsindən "Report"a verilən məlumata görə, 65 nəfərlik heyətdə 41 idmançı yer alıb.

Onlardan 12-si cüdoçu, 10-u atlet, 6-sı velosipedçi, 4-ü gimnast, 4-ü üzgüçü, 3-ü tennisçi, 2-si kanoeçidir. Nümayəndə heyətinin rəhbəri kimi Vaqif Əliyev təyin olunub.

Qeyd edək ki, EYOF iyulun 30-dək davam edəcək.

Son xəbərlər

Orphus sistemi