Azərbaycan millisi nüfuzlu yarışlara Daşkənddə hazırlaşır

Azərbaycan millisi nüfuzlu yarışlara Daşkənddə hazırlaşır Azərbaycan cüdoçuları beynəlxalq təlim-məşq toplantısında iştirak edirlər
Fərdi
106
11 Mart , 2021 14:21
Azərbaycan millisi nüfuzlu yarışlara Daşkənddə hazırlaşır

Azərbaycan cüdoçuları beynəlxalq təlim-məşq toplanışında iştirak edirlər.

Federasiyadan "Report"a verilən məlumata görə, gələcək yarışlara hazırlıqlarını davam etdirən kişilərdən ibarət milli komandanın üzvləri hazırda Özbəkistandadır.

Paytaxt Daşkənddə təşkil olunan təlimlərə aparıcı cüdoçular qatılıb. Beynəlxalq Cüdo Federasiyasının təşkilatçılığı ilə baş tutan hazırlıq prosesinə Azərbaycan idmançıları ilə yanaşı, Fransa, Yaponiya, Koreya, Monqolustan, Almaniya, Rusiya, İtaliya, Braziliya, Çexiya, Ukrayna, Özbəkistan, İspaniya, Gürcüstan, Niderland, Qazaxıstan və digər ölkələrin yığmaları qoşulub.

Qeyd edək ki, Azərbaycan millisi 26 - 28 martda Gürcüstanın paytaxtı Tbilisidə, 1 - 3 apreldə Türkiyənin Antalya şəhərindəki Böyük Dəbilqədə iştirak edəcək. Yığma 16 - 18 apreldə Portuqaliyanın paytaxtı Lissabondakı Avropa çempionatında mübarizə aparacaq.

Son xəbərlər

Orphus sistemi