Azərbaycan millisi Dünya Çempionatında türkiyəli idmançıya görə 3-cü pilləyə yüksəlib

Azərbaycan millisi Dünya Çempionatında türkiyəli idmançıya görə 3-cü pilləyə yüksəlib Türkiyə təmsilçisi Şamil Erdoğanın qadağan olunmuş preparatlardan istifadəsi bir neçə mərhələli yoxlamalardan sonra təsdiqini tapıb
Fərdi
18 Noyabr , 2014 17:13
Azərbaycan millisi Dünya Çempionatında türkiyəli idmançıya görə 3-cü pilləyə yüksəlib

Bakı. 18 noyabr. REPORT.AZ/ Özbəkistanın paytaxtı Daşkənddə güləş üzrə böyüklər arasında keçirilmiş Dünya Çempionatının nəticələrində dəyişiklik baş verib. "Report"un məlumatına görə, sərbəst güləş yarışlarında 97 kq çəki dərəcəsində bürünc medal qazanmış Türkiyə təmsilçisi Şamil Erdoğanın qadağan olunmuş preparatlardan istifadəsi bir neçə mərhələli yoxlamalardan sonra təsdiqini tapıb. 

Bununla əlaqədar Dünya Güləş Birliyi Şamil Erdoğanın 2 illik diskvalifikasiyasına, onun qazandığı medalın Kuba güləşçisi Javier Cortinaya verilməsinə dair qərar qəbul edib. Bu qərar komanda hesabında ölkələrin sıralamasında da təsir edib. Türkiyə yığmasının hesabından bürünc medalın silinməsi Dünya Çempionatını 4-cü sırada tamamlamış Azərbaycan sərbəst güləş yığmasının bir pillə irəliləməsinə səbəb olub. Beləliklə, Daşkənddə keçirilmiş Dünya Çempionatını 1 qızıl (Hacı Əliyev - 61 kq) və 1 gümüş (Xetaq Qazyumov - 97 kq) medalla başa vuran Azərbaycanın sərbəst güləşçiləri komanda hesabında 3-cü yerdə qərarlaşıb.

Son xəbərlər

Orphus sistemi