Yuxarı
    Bağlamaq

    Azərbaycan milli komandasının üzvü Avropa Kubokunun qalibi olub

    Triatlonçu Rostislav Pevtsov İspaniyada qızıl medal qazanıb

    Bakı. 27 mart. REPORT.AZ/ Triatlon üzrə Azərbaycan milli komandasının üzvü Rostislav Pevtsov İspaniyanın Las-Palmas şəhərində keçirilmiş Avropa Kubokunun qalibi olub. 

    "Report"un məlumatına görə, Ukrayna əsilli 30 yaşlı idmançı bu qələbə sayəsində aktivinə reytinq balları yazdırıb.

    R.Pevstov 1,5 kilometrlik su məsafəsini 18 dəqiqə 40 saniyəyə, 40 kilometrlik velodistansiyanı 1 saat 9 saniyəyə, 10 kilometrlik qaçış zolağını isə 30 dəqiqə 45 saniyəyə qət edərək, ümumi hesablamada 1 saat 50 dəqiqə 42 saniyə vaxt göstəricisi ilə qızıl medala sahib çıxıb. Bu, triatlon üzrə Azərbaycan milli komandasının 2017-ci ildə əldə etdiyi ilk medal olub.

    Qeyd edək ki, Rostislav Pevtsov "Bakı 2015" I Avropa Oyunlarında bürünc medal qazanıb. O, 2016-cı il Rio-de-Janeryo Yay Olimpiya Oyunlarında da Azərbaycanı təmsil edib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi