Qadın güləşi üzrə Azərbaycan milli komandasının baş məşqçisi ilə əməkdaşlığa son verilib

Qadın güləşi üzrə Azərbaycan milli komandasının baş məşqçisi ilə əməkdaşlığa son verilib Semyon Çterevin müqavilə müddəti başa çatdığı üçün yola salınıb
Fərdi
16 Avqust , 2017 15:21
Qadın güləşi üzrə Azərbaycan milli komandasının baş məşqçisi ilə əməkdaşlığa son verilib

Bakı. 16 avqust. REPORT.AZ/ Qadın güləşçilərdən ibarət Azərbaycan milli komandasının baş məşqçisi Semyon Çterevlə əməkdaşlığa son verilib.

Azərbaycan Güləş Federasiyasından (AGF) “Report”a verilən məlumata görə, müqavilə müddəti başa çatan bolqarıstanlı mütəxəssis yola salınıb. Bu səbəbdən gələn həftə Fransanın paytaxtı Parisdə keçiriləcək dünya çempionatına yığma üzvləri baş məşqçisiz yollanacaqlar. Komandaya böyük məşqçi Aslan Ağayevlə məşqçi Rövşən Umudov rəhbərlik edəcək. 

Qeyd edək ki, Semyon Çterev 2014-cü ilin noyabrından qadın güləşi üzrə yığmaya rəhbərlik edirdi.

Son xəbərlər

Orphus sistemi