Azərbaycan məktəbliləri Belqradda medallar qazanıb

Azərbaycan məktəbliləri Belqradda medallar qazanıb Serbiyanın paytaxtı Belqradda keçirilən Dünya Məktəblilərinin İdman Oyunlarında Azərbaycan bir neçə növdə təmsil olunur.
Fərdi
193
15 Sentyabr , 2021 12:28
Azərbaycan məktəbliləri Belqradda medallar qazanıb

Serbiyanın paytaxtı Belqradda keçirilən Dünya Məktəblilərinin İdman Oyunlarında Azərbaycan bir neçə növdə təmsil olunur.

Gənclər və İdman Nazirliyinin Mətbuat xidmətindən "Report"a verilən məlumata görə, karate komandası yarışda 6 medal qazanıb.

14-15 yaşlı yeniyetmələrdən Rəşid Süleymanov (63 kq) qızıl, Ramilə Heydərli (kata, 13 yaş), Orxan Musayev (+70 kq), Pərvin Hüseynzadə (47 kq) gümüş, Cavidan Cəlilzadə (57 kq) və Sunay Kazımova (-54 kq) isə bürünc medala yiyələnib.

Bundan başqa, Məryəm Qurbanova (+54 kq) yüksək döyüş texnikası və əzmkarlıq nümayiş etdirdiyinə görə Dünya İST Federasiyası tərəfindən xüsusi medalla təltif edilib.

Azərbaycanın 3 taekvondoçusu da fəxri kürsüyə qalxıb. Qızlar arasında Zemfira Həsənzadə (41 kq) bütün rəqiblərini məğlub edərək yarışın qalibi olub. Oğlanlardan Vüqar Aslanov (37 kq) gümüş, Harun Salmanzadə (41 kq) isə bürünc medala layiq görülüb.

Cüdoçulardan isə Həsən Qurbanlı (34 kq), Əhməd Rüstəmov (46 kq) və Hüseyn Eyvazlı (66 kq) bürünc medal qazanıb.

Son xəbərlər

Orphus sistemi