Azərbaycan Kunq Fu Federasiyasında bir sıra təyinatlar olub

Azərbaycan Kunq Fu Federasiyasında bir sıra təyinatlar olub Bakı. 2 may. REPORT.AZ/ Azərbaycan Kunq Fu Federasiyasının (AKFF) İdarə Heyətinin iclası keçirilib.
Fərdi
2 May , 2018 15:40
Azərbaycan Kunq Fu Federasiyasında bir sıra təyinatlar olub

Bakı. 2 may. REPORT.AZ/ Azərbaycan Kunq Fu Federasiyasının (AKFF) İdarə Heyətinin iclası keçirilib.

Qurumun Mətbuat xidmətindən “Report”a verilən məlumata görə, toplantıda bir sıra vəzifələrə təyinatlar olub.

Kikboksinq üzrə beşqat dünya çempionu Ehram Məcidov ümumi işlər üzrə vitse-prezident, iş adamı Tural Alişanlı isə ictimaiyyətlə əlaqələr üzrə vitse-prezident təyin ediliblər.

Dünya və Avropa çempionu Emil Hacıyev peşəkarlar, eyni titullara sahib Ramin Allahverdiyev böyüklər, idman ustası Aqil Mustafayev gənclər, Ellər Orucov isə yeniyetmələr üzrə baş məşqçi vəzifəsini icra edəcək.

Federasiyanın mətbuat xidmətinin rəhbəri vəzifəsinə isə İntizarə Məmmədova təyin olunub.

İclasın sonunda bu il baş tutacaq daxili və beynəlxalq yarışlar müzakirə edilib, müvafiq qərarlar verilib.

Qeyd edək ki, AKFF-nin prezidenti Nurlan Aslanov 2000-ci ildən kunq fu idman növü ilə məşğuldur. O, dünya çempionu və Avropa çempionatının gümüş mükafatçısıdır. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin əməkdaşı, polis kapitanıdır.

Son xəbərlər

Orphus sistemi