Azərbaycan komandası finalda "Ararat"ı məğlub etdi

Azərbaycan komandası finalda "Ararat"ı məğlub etdi Azərbaycanın "Vüqar Həşimovun Dostları" şahmat komandası beynəlxalq turnirin qalibi olub.
Fərdi
15 Sentyabr , 2020 13:36
Azərbaycan komandası finalda Araratı məğlub etdi

Azərbaycanın "Vüqar Həşimovun Dostları" şahmat komandası beynəlxalq turnirin qalibi olub.

"Report" xəbər verir ki, kollektiv finalda Ermənistan təmsilçisi "Ararat"ı məğlub edib - 380:307.

Komandanın heyətində Rauf Məmmədov, Qədir Hüseynov kimi qrossmeysterlər mübarizə aparıblar.

Bununla bağlı özünün "Facebook" hesabından paylaşım edən R.Məmmədov qələbəyə görə komanda yoldaşlarına minnətdarlığını bildirib: "İki həftdə davam edən turnir dünən yekunlaşdı. Nəticədə biz qalib olduq. Qədir Hüseynovun səyi ilə dostumuz və həmkarımız Vüqar Həşimovun şərəfinə komanda yaratdıq. Finalda Ermənistan komandasını məğlub etməyi bacardıq. Komandanın bütün üzvlərinə təşəkkür edirəm".

Son xəbərlər

Orphus sistemi