Yuxarı
    Bağlamaq

    Azərbaycan kayakçısının dünya çempionatındakı rəqiblərindən biri Ermənistan təmsilçisi olub

    Kanoeçi duet finişə çata bilməyib

    Bakı. 24 iyul. REPORT.AZ/ Portuqaliyanın Montemor-o-Velyo şəhərində yeniyetmələr və 23 yaşadək kayakçı və kanoeçilər arasında dünya çempionatı start götürüb. "Report"un məlumatına görə, nüfuzlu yarışda Azərbaycanı 4 idmançı təmsil edir.

    İlk yarış günündə 2 nəfərlik kanoe qayığı (C-2) ilə 1000 metr məsafəyə seçmə yürüşdə Taras Matviyçuk - Aleksey Kupin dueti start xəttinə çıxıb. Onlar 3 dəqiqə 50,412 saniyə nəticə ilə ikinci yeri tutub. Bu nəticə ilə Matviyçuk - Kupin dueti yarımfinala yüksəlib. Lakin növbəti mərhələdə onlar finişə çata bilməyərək mübarizəni dayandırıblar.

    Bu gün yeganə kayakçı Mirnazim Cavadov 1 nəfərlik qayıqla (K-1) 200 metr məsafəyə seçmə yürüşə qatılacaq. Bakı vaxtı ilə saat 20:20-də başlanacaq yürüşdə onun rəqibləri Yordi Ekkles (Böyük Britaniya), Nikola Cuteski (Makedoniya), Endryu Roy (Yeni Zelandiya), Marko Draqosavlyeviç (Serbiya), Borislav Laziç (Türkiyə), Roberts Akmens (Latviya), Orion Pilo (Danimarka), Hayk Qasparyan (Ermənistan) olacaq. İlk 7 yeri tutanlar yarımfinala yüksələcəklər.

    Saat 21:15-də Nikita Sablin 1 nəfərlik kanoe qayığı (C-1) ilə 200 metr məsafəyə seçmə yürüşə başlayacaq. Onun rəqibləri Timur Xaydarov (Qazaxıstan), Daniel Velkov (Bolqarıstan), Adel Mojallalimoğadam (İran), Martin Fuksa (Çexiya), Aleksandr Kitevski (Polşa) və Benjamin Hefner (ABŞ) olacaq. İlk 6 pillənin sahibləri yarımfinala yüksələcəklər.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi