Azərbaycan karateçisi olimpiadaya lisenziya qazanıb

Azərbaycan karateçisi olimpiadaya lisenziya qazanıb Azərbaycan karateçisi İrina Zaretska Yaponiyanın paytaxtı Tokioda keçiriləcək Yay Olimpiya Oyunlarına lisenziya qazanıb.
Fərdi
17 Fevral , 2020 14:46
Azərbaycan karateçisi olimpiadaya lisenziya qazanıb

Azərbaycan karateçisi İrina Zaretska Yaponiyanın paytaxtı Tokioda keçiriləcək Yay Olimpiya Oyunlarına lisenziya qazanıb. 

"Report"un məlumatına görə, 68 kq çəki dərəcəsində mübarizə aparan qadın idmançı buna Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində Karate1 Premyer Liqa turnirində bürünc medal qazanmaqla nail olub. O, olimpiadada 61 kq-da yarışacaq.

Zaretska Ümumdünya Karate Federasiyasının (WKF) reytinq cədvəlinin və olimpiya reytinq cədvəlinin lideridir.

Bu nəticəyə baxmayaraq idmançı hər iki reytinq cədvəlində mövqeyini qorumaq üçün qarşıdakı yarışlara da qatılacaq.

Qeyd edək ki, olimpiada 24 iyul - 9 avqustda baş tutacaq. 

Son xəbərlər

Orphus sistemi