Azərbaycan karateçiləri Avropa çempionatında 4 medal qazanıblar

Azərbaycan karateçiləri Avropa çempionatında 4 medal qazanıblar Medallardan 1-i qızıl, 1-i gümüş, 2-si isə bürüncdür
Fərdi
20 Fevral , 2017 14:20
Azərbaycan karateçiləri Avropa çempionatında 4 medal qazanıblar

Bakı. 20 fevral. REPORT.AZ/ Azərbaycan karateçiləri Bolqarıstanın paytaxtı Sofiyada yeniyetmə və gənclərin növbəti Avropa çempionatında 4 medal qazanıblar.

"Report"un Azərbaycan Milli Karate Federasiyasının rəsmi saytına istinadən verdiyi məlumata görə, medallardan 1-i qızıl, 1-i gümüş, 2-si isə bürüncdür.

Yarışın ilk günündə 14-15 yaşlı yeniyetmələrdən ibarət seçmə komandanın üzvü Ayla Rzazadə (54 kq) Avropa üçüncüsü olub. Ertəsi gün 16 - 18 yaşlı gənclər seçmə komandasının üzvü Murad Hacızadə (+76 kq) qitə birinciliyininin bürünc medalını qazanıb.

Turnirin son günündə isə İrina Zaretska (21 yaşadək idmançılar, 61 kq) bütün rəqiblərini üstələyərək, Avropa çempionu olub. Asya Məlikova isə (21 yaşadək idmançılar, 50 kq) yalnız həlledici görüşdə uduzub və gümüş medala sahib çıxıb.

Qeyd edək ki, Azərbaycan bu nəticə ilə medal qazana bilən 34 ölkə arasında 13-cü yeri tutub. Avropa çempionatında 50 ölkədən 1147 karateçi iştirak edib.

Son xəbərlər

Orphus sistemi