​Azərbaycan karateçiləri Parisdə haqsızlıqla üzləşiblər

​Azərbaycan karateçiləri Parisdə haqsızlıqla üzləşiblər Rafael Ağayev və Rafiz Həsənov mükafatçılar arasına düşə bilməyib
Fərdi
26 Yanvar , 2015 12:08
​Azərbaycan karateçiləri Parisdə haqsızlıqla üzləşiblər

Bakı. 26 yanvar. REPORT.AZ/ Azərbaycan karateçiləri Dünya Karate Federasiyasının ən nüfuzlu Premyer Liqa turniri sayılan "Open De Paris"də bürünc medallar qazanıblar. Azərbaycan Karate Federasiyasının mətbuat xidmətindən "Report"a verilən məlumata görə, əsas hədəfi "Bakı 2015" I Avropa Oyunları olan milli komandanın üzvlərindən Şahin Atamov (+84 kq) və Tural Ağalarzadə (67 kq) Fransanın paytaxtı Parisdə keçirilən və kiçik dünya çempionatı sayılan turnirdə 3-cü yeri tutublar.

Rafael Ağayev (75 kq) və Rafiz Həsənov (67 kq) isə ciddi hakim haqsızlığı ilə üzləşiblər. Bu səbəbdən, onlar mükafatçılar sırasına düşə bilməyiblər. Bununla belə, R.Ağayev dəfələrlə dünya və Avropa çempionu olmuş italiyalı Luici Busanı məğlub etməyi bacarıb. Premyer Liqanın yekun nəticəsinə əsasən Azərbaycan medal qazana bilən 23 ölkə arasında 17-ci olub. İlk "üçlük"də isə Fransa, Misir və Yaponiya yer alıb. Mötəbər turnirdə 46 ölkədən 929 idmançı iştirak edib.

Qeyd edək ki, milli komandanın növbəti beynəlxalq yarışı fevralın ortalarında Hollandiyada Premyer Liqa turniri olacaq.

Son xəbərlər

Orphus sistemi