Azərbaycan karateçiləri karyeralarını bitirib məşqçiliyə başladı

Azərbaycan karateçiləri karyeralarını bitirib məşqçiliyə başladı Karate üzrə yeniyetmələrdən ibarət Azərbaycan millisinə əlavə məşqçi təyinatları olub.
Fərdi
23 Yanvar , 2021 09:32
Azərbaycan karateçiləri karyeralarını bitirib məşqçiliyə başladı

Karate üzrə yeniyetmələrdən ibarət Azərbaycan millisinə əlavə məşqçi təyinatları olub.

"Report" xəbər verir ki, federasiya rəhbərliyi hazırlığı gücləndirmək məqsədilə aşağı yaşlı yığmanın məşqçilər heyətinə titullu mütəxəssislər cəlb etməyi qərara alıb.

İdmançı karyerasını başa vuran millinin keçmiş üzvlərindən Şahin Atamov 14-15 yaşlı yeniyetmələrə böyük məşqçi, Niyazi Əliyev isə məşqçi təyin edilib.

Federasiyanın prezidenti Yaşar Bəşirov, kumite üzrə əsas milli komandanın baş məşqçisi Qurban Tağıyev, böyük məşqçilər Şahin Xudaverdiyev, Seymur Hüseynov, Rəşad Hüseynov tanınmış idmançıların təcrübəsinin gənc nəslə faydalı olacağını düşünüb.

Yeniyetmə və Gənclərin baş məşqçisi Anar Allahverdiyevin 16-21 yaşadək gənclər üzrə seçmə komandalarda köməkçiləri isə böyük məşqçilər Seymur Xudaverdiyev və Nağı Mehdiyevdir.

Yığma komanda bu ilin mayında Kiprdə, iyulda Xorvatiyada, sentyabrda Türkiyədə və dekabrda İtaliyada Karate1 Gənclər Liqası, avqustda isə Finlandiyada Avropa çempionatında mübarizə aparacaq.

Son xəbərlər

Orphus sistemi