Bakı. 4 sentyabr. REPORT.AZ/ “Qəbələ” İdman Klubunun karateçiləri növbəti uğura imza atıblar.
“Report” xəbər verir ki, Azərbaycan milli komandasının heyətində yer alan Rafael Ağayev və Rafiz Həsənov İsveçrənin Bazel şəhərində keçirilən IX Open Masters 2018 turnirində fərqləniblər.
Ağayev 75 kq, Həsənov isə 67 kq çəki dərəcəsində bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Azərbaycan yığması turnirdə ümumilikdə 11 kuboka yiyələnib. Bunlardan dördü 1-ci, dördü 2-ci, üçü isə 3-cü yer üçün təqdim olunub.